Çərşənbə axşamı, 30 Mart 2021 19:22

Bəhreyndə məhbus ailələri oturaq aksiya keçirir+Foto

Bəhreyndə məhbus ailələri oturaq aksiya keçirir+Foto

Təbriz Radiosu-Bəhreyn rejiminin həbsxanalarında koronavirusa yoluxanların sayının qorxunc həddə artmasından sonra, bir sıra Bəhreyn bölgələrində vicdan məhbuslarının dərhal azadlığa buraxılmasını tələb edən ailələr oturaq aksiyalar keçirib.

 Deyerler.org xəbər verir ki, Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyətinin Tvitter səhifəsində Bəni Camra bölgəsindəki məhbus ailələrinin, həbsxanalarda tüğyan edən koronavirus epidemiyasından övladlarının xilas edilməsini tələb etmək üçün keçirdiyi aksiyanın şəkilləri paylaşılıb.

 Vicdan məhbuslarının ailələri bütün siyasi və vicdan məhbuslarının dərhal azad edilməsini tələb ediblər.

 Nümayişçilər “Həbs olunanları gec olmadan xilas edin!”, “Bezdik, uşaqlarımız təhlükədədir və hər kəsi üzərinə düşən məsuliyyəti görməyə çağırırıq!” və sair şüralar səsləndiriblər.

Şərh yaz


Məxfi kod
Yenilə