Cümə axşamı, 21 May 2020 23:07

İsrail rejiminin onlarla saytı Müqavimət hakerləri tərəfindən dağıdıldı

İsrail rejiminin onlarla saytı Müqavimət hakerləri tərəfindən dağıdıldı

Beynəlxalq Qüds Günü tədbirləri çərçivəsində İsrail rejiminin onlarla veb saytı Müqavimət hakerləri tərəfindən dağıdılıb.

 Deyerler.org xəbər verir ki, kiberhücumda təkcə saytları qəbul edən serverlərə hücum edilməyib, eyni zamanda saytların özləri də haker hücumuna məruz qalıb.

 Səhifələrə “İsrail rejiminin məhv edilməsinin geri sayımı çoxdan başladı” sözü ivrit və ingilis dilində yerləşdirilib.

 Səhifənin altında isə hücum “Hackers_Of_Savior” adlı qrup tərəfindən edildiyi bildirilib.

 Səhifənin adları “Böyük bir sürprizə hazır olun” olaraq dəyişdirilib.

 Bundan əlavə, Müqavimət hakerləri istifadəçilərin şəxsi məlumatlarını kameralarından daxil olmalarını xahiş edərək əldə etməyə çalışıblar.

Media

Şərh yaz


Məxfi kod
Yenilə