Bazar, 17 Fevral 2019 17:46

Bəhreyn şiələrinin din alimləri məclisi sədrinin həbsi uzadılıb

Bəhreyn şiələrinin din alimləri məclisi sədrinin həbsi uzadılıb

Ali-Xəlifə rejimi məhkəməsi Bəhreyn şiələrinin din alimləri məclisi sədrinin həbs müddətini daha iki həftə uzadıb.

Ali-Xəlifə rejimi məhkəməsi Seyid Məcid əl-Məşəlin həbs müddətinin uzadılmasının səbəbini təhqiqat gedişatının davam etməsi elan edib.

Seyid Məcid əl-Məşəl Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasıma dəstək ittihamı ilə iki il yarım həbs çəkdikdən sonra iki həftə bundan qabaq azadlığa buraxıldı. Amma xalqın onu son dərəcə böyük rəğbətlə qarşılamasının ardınca azadlıqdan iki gün sonra Şeyx İsa Qasımın yaşadığı məkan olan əl-Duraz məntəqəsinə getdiyinə və azadlıqdan sonrakı çıxışına görə, çağırtdırılaraq, həbs olundu.

Bəhreyn 2011-ci il fevralın 14-dən ali-xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Şərh yaz


Məxfi kod
Yenilə