Bazar, 17 Fevral 2019 15:37

Bin Salmanın Pakistana səfərinə qarşı etirazlar davam edir

Bin Salmanın Pakistana səfərinə qarşı etirazlar davam edir

Pakistanın müsəlman xalqı bu ölkənin müxtəlif şəhərlərində keçirdiyi aksiyalarda ali-səud vəliəhdinin İslamabada səfərinə qarşı olduğunu bir dava vurğulayıb və bu səfərin ləğv edilməsini tələb edib.

Ali-səuda qarşı şüarlar verən bu aksiyaların iştirakçıları ali-səudun regionun məzlum xalqlarına qarşı təcavüzkar siyasətlərini pisləyiblər.

Ötən bir neçə gündə Pakistanın müxtəlif şəhərləri Muhəmməd bin Salmanın bu ölkəyə səfərinə qarşı geniş aksiyaların şahidi olublar.

Səud vəliəhdi qərar üzrə bir gün təxirlə bu gün İslamabada səfər etməli, Pakistan xalqı da “ali-səuda ölüm!” şüarı ilə onu qarşılamalıdır.

Səud vəliəhdinin səfəri ərəfəsində İslamabad və ətraf məntəqələr tamamilə güclü təhlükəsizlik tədbirləri altında qərar tapıblar. Polisin bildirdiyinə görə, İslamabad və Ravilpindi şəhərlərində avtomobillərin və vətəndaşların izlənilməsi üçün minə yaxın yoxlama-buraxılış məntəqəsi yaradılıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə