Cümə, 18 Yanvar 2019 12:16

İordaniya İrana qarşı ABŞ koalisiyasına qoşulmağı rədd etdi

İordaniya İrana qarşı ABŞ koalisiyasına qoşulmağı rədd etdi

İordaniya kralı ABŞ dövlət katibinin İrana qarşı koalisiyaya qoşulmaq tələbini rədd edib.

“Parstoday”   xəbər verir ki, kral 2-ci Abdullaya yaxın bir mənbə Amerikanın rəsmi olaraq İordaniyanın İrana qarşı koalisiyaya qoşulmasını istədiyini bildirib.

 ABŞ-ın dövlət katibi Mayk Pompeonun son İordaniya səfərində səsləndirdiyi tələbə İordaniya rəsmiləri prioritetlərin daha fərqli olduğunu bildiriblər.

 Kral 2-ci Abdullaha yaxın mənbələr, bu prioritetlərin ölkədəki iqtisadi problemin həll olunması, Fələstin, sionistlərin Əl-Əqsa məscidinə hücumları və Suriya məsələsi olduğunu, qeyd edərək, İordaniyanın cavabının qəti olduğunu bildiriblər.

 Bu arada, Amerika və digər ölkələrdə yerləşən 3 min müharibə əleyhdarı olan ictimai fəalın qatıldığı imza kampaniyasında, Avropa ölkələrindən Polşada İrana qarşı keçiriləcək iclasa qatılmamaları istənilib.

 Mayk Pompeonun ən azı 70 ölkənin Polşada İrana qarşı sammitə qatılacağını iddia etməsindən sonra, Amerika və digər ölkələrdə müharibə əleyhdarı olan fəallar mülki müharibə əleyhinə codepink saytında, avropalıların bu iclasda iştirak etməmələri kampaniyasına başlayıblar.

Şərh yaz


Məxfi kod
Yenilə