Şənbə, 12 Yanvar 2019 17:24

Səudiyyə həbsxanalarında 5 min təhlükəsizlik məhbusu var

Səudiyyə həbsxanalarında 5 min təhlükəsizlik məhbusu var

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, 2018-ci il 13 dekabrdan indiyədək 65 nəfər təhlükəsilzik zəminində cinayət adlandırdığı ittihamla həbs edilib.

Səudiyyə qəzeti olan Okazın yazdığına görə, saxlanılanlardan 46 nəfəri Səudiyyə vətəndaşıdır və Əl-Qətifdə aparılan əməliyyatda həbs edilib. 

Saxlanılanlar arasında Suriya, Pakistan, Efyopiya,  Bəhreyn, İraq, Marakeş və Nigeriya vətəndaşları da var. 

Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyi də etiraf edib ki, növbəti həbslərlə təhlükəsizlik zəminində həbs edilənlərin sayı 5 min 402 nəfərə çatıb. 

İnsan haqları gözətçiləri təşkilatı ötən il Səudiyyə Ərəbistanını minlərlə insanı mühakiməsiz həbsxanalarda saxlamaqda ittiham edib. 

Bu təşkilatın hesabatında görə, bəzi məhbuslar hətta 10 ildən çoxdur mühakimə olunmadan həbsdə saxlanılmaqdadırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə