Cümə axşamı, 18 Oktyabr 2018 16:26

Ərəbistanın Alimlər Şurası Bin Salmanın kənarlaşdırılmasını istədi

Ərəbistanın Alimlər Şurası Bin Salmanın kənarlaşdırılmasını istədi

Türkiyə polisinin Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair araşdırmalarının ilkin nəticəsinin elan olunmasının ardınca, Ərəbistanın Alimlər Şurası vəliəhd Məhəmməd bin Salmanın kənarlaşdırılmasını istəyib.

İRNA-nın məlumatına görə, Ərəbistanın Alimlər Şurası cümə axşamı bir bəyanat yayaraq, Ərəbistan vəliəhdinin səhv siyasətlərinə və zalım davranışlarına habelə, jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində müqəssir olmasına görə Məhəmməd bin Salmanın kənarlaşdırılmasını istəyib.

Ərəbistanın Alimlər Şurası öz bəyanatında Bin Salmanın yanlış davranışlarına o cümlədən alimlər və ziyalıları həbs etməsinə, ölkədə ictimai fəsad və korrupsiyaya rəvac verməsinə, milli sərvəti boş yerə xərcləməsinə və bacarıqsız kadrlara vəzifə verməsinə görə onun kənarlaşdırılmasını və daha münasib şəxsin vəliəhd təyin edilməsini istəyib.

Şərh yaz


Məxfi kod
Yenilə