Cümə axşamı, 18 Oktyabr 2018 10:45

ABŞ Suriyada öz müttəfiqlərini vurdu; 21 ölüb və yaralanıb

ABŞ Suriyada öz müttəfiqlərini vurdu; 21 ölüb və yaralanıb

ABŞ-ın iki ədəd F-15 qırıcı təyyarəsi çərşənbə günü, Vaşinqtonun Suriyadakı müttəfiqləri olan kürd yaraqlılarının mövqelərinə raket zərbələri endiriblər.

İRİB-nin verdiyi məlumata görə, ABŞ qırıcılarının Suriyada kürd yaraqlılarına qarşı hücumunda 6 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Amerikalılar bunun səhvən baş verdiyini iddia ediblər. Bu hadisə ABŞ-ın Suriyanın Deyrəzzur vilayətində Həcin kəndini ələ keçirməyə çalışan kürd yaraqlılarına havadan dəstək vermək istəyərkən baş verib. 

ABŞ və başçılıq etdiyi beynəlxalq koalisiya qırıcıları ötən şənbə də Həcin kəndini ağ fosfor bombası ilə hədəfə almışdılar. Bu hücumda onlarla mülki ölmüş və yaralanmışdı. 

ABŞ Suriyada YPG adlı kürd yaraqlılarından mərkəzi hökumət əleyhinə istifadə edir. Bu istiqamətdə ABŞ indiyə kimi Suriyadakı kürd yaraqlılarına xeyli miqdarda silah və hərbi texnika verib. 

ABŞ Suriyada İŞİD və digər terror qruplaşmalarının ordu və müqavimət qüvvələri qarşısında məğlub olmasının ardınca, mərkəzi hökumətə təzyiq göstərmək və regionla bağlı mənfur siyasətlərini həyata keçirmək üçün kürd kartı ilə oynamağa başlayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə