Şənbə, 18 Avqust 2018 21:32

Ərəbistan qətərli zəvvarları həcc mərasimindən məhrum edib

Ərəbistan qətərli zəvvarları həcc mərasimindən məhrum edib

Qətər milli hüquq komitəsinin üzvü bu ölkə zəvvarlarının Ərəbistanın maneçilikləri ucbatından həcc mərasimindən məhrum edilmələrindən xəbər verib.

Qətər milli hüquq komitəsinin üzvü Abdullah Əlkəəbi deyib: Ərəbistan Qətərdə səfər agentliklərinin həcc zəvvarlarının qeydə alınmaları üçün istifadə etdikləri sistemi bağlayıb və bu il Qətər vətəndaşları və sakinləri üçün həcc səfəri imkanı mövcud deyildir.

Qətər vətəndaşlarından təqribən 1200 nəfər Qətərin malik olduğu paylara əsasən, həcc mərasimində iştirak edə bilər, amma onların qeydiyyata alınmaları şəraiti mövcud deyildir.

Səud rejimi bu rejimin siyasətləri ilə müxalif olan ölkələrə təzyiq göstərmək üçün Yəmən, Suriya və Qətər daxil olmaqla bir qrup islami ölkənin vətəndaşlarını həcc mərasimində iştirakdan məhrum edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə