Cümə axşamı, 14 June 2018 17:56

Bəhreyndə 347 Əhli-Beyt (ə) alimi repressiyaların qurbanı olub

Bəhreyndə 347 Əhli-Beyt (ə) alimi repressiyaların qurbanı olub

Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti 347 Bəhreyn ruhanisinin Ali Xəlifə rejiminin zülm və ayrı-seçkilik ilə idarə olunan siyasətlərinə qarşı çıxmasının qurbanı olduğunu bildirib.LualuaTv

Əl-Vifaq cəmiyyətinin bəyanatına görə, rejimin Əhli-Beyt (ə) alimləri özbaşına həbslər, işgəncələr, ölüm cəzası və vətəndaşlıqdan məhrum etmə ittihamları da daxil olmaqla sərt hökmlərə məruz qalırlar.

Vətəndaşlıqdan məhrum edilənlər arasında Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının ayətullah İsa Qasım da var.

Əl-Vifaq cəmiyyəti həmçinin qeyd edib ki, Bəhreyn ruhanilərindən 3 nəfərin ölüm cəzası, 8 nəfərin isə ömürlük həbslə cəzalandırlıb.

Bəhreynin rəsmiləri 99 ruhanini özbaşına həbs ediblər. Bəhreynin təhlükəsizlik rəsmiləri siyasi çıxışları səbəbilə 156-dan çox ruhanini idarəyə çağıraraq, təzyiq ediblər. Bundan əlavə, müxtəlif hallarda 50-dən çox bəhreynli Əhli-Beyt (ə) ruhanisinə ölüm, həbs, vətəndaşlıqdan məhrum edilmə və pul cəriməsi kimi ciddi və ədalətsiz hökmlər verilmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə