Cümə axşamı, 17 May 2018 22:29

Tel-Əvivdə yüzlərlə yəhudi Qəzza qətliamına görə etiraz etdi+Foto

Tel-Əvivdə yüzlərlə yəhudi Qəzza qətliamına görə etiraz etdi+Foto

İsrail rejiminin paytaxtı Tel-Əvivdə yüzlərlə israilli Qəzzada baş verən son qətliama görə, Netanyahu administrasiyasına qarşı etiraz aksiyası keçirib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, insanlar “Ərəblərlə yəhudilər düşmən olmaq istəmir” şüarlarını səsləndirərək, İsrail rejiminin qətliam hərəkətlərini pisləyiblər.

Yollarda nəqliyyatın hərəkətini dayandıran etirazçılar “İkinci müharibə istəmirik, bu həll yolu deyil”, “Heç kim daha etibarda deyil”, “İşğalı və blokadanı dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.

Haaretz qəzeti xəbəri “Qəzzada tökülən qanlardan sonra Tel-Əvivdə yüzlərlə insandan etiraz” başlığı ilə verərək, bunu hakimiyyətdə silkələnmənin siqnalları kimi qiymətləndirib.

Şərh yaz


Məxfi kod
Yenilə