Şənbə, 21 Aprel 2018 21:36

Hacılara qarşı casusluq

Hacılara qarşı casusluq

Bir sionist şirkət Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın istəyi əsasında hacılara qarşı casusluq edir.

Bəzi mənbələr bildiriblər ki, bir sionist şirkət Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın istəyi əsasında hacılara qarşı casusluq edir.

Əl-Əhd Əl-Cədid "Tvitter" hesabına istinadla verilən bu məlumatda deyilir: Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman tərəfindən ələ keçirilmiş "Ət-Təshil" adlı beynəlxalq şirkət bir sionist şirkətin yardımı ilə hacılara aid şəxsi məlumatları toplamaqla məşğuldur.

Əl-Əhd Əl-Cədid yazır: Bu ilk dəfədir ki, bu kimi məlumatlar toplanılır.

Əl-Əhd Əl-Cədid bir başqa yazıda bildirir: Ərəbistan şahzadələrindən olan Feysəl Al Səud 2017-ci ilin noyabrında Ritz Karlton otelində həbs edilən şahzadələrdəndir. Onun azadlığa buraxılması şərtlərindən biri sahibi olduğu Ət-Təshil şirkətindən Məhəmməd Bin Salmanın xeyrinə vaz keçməsi olub. Bununla da bu şirkət Məhəmməd Bin Salman tərəfindən ələ keçirilmiş olub.

Şərh yaz


Məxfi kod
Yenilə