Çərşənbə axşamı, 13 Fevral 2018 12:14

Sionist rejim Paris film festivalında bu rejimə qarşı filmin yaylmasından hiddətlənib

Sionist rejim Paris film festivalında bu rejimə qarşı filmin yaylmasından hiddətlənib

Sionist rejimin xarici işlər nazirliyi Parisdə bir film festivalı başlanmazdan öncə bildirib ki, bu rejimə qarşı yönəlmiş "Fox Truth" filminin ekran siyahısına salınmasına görə, festivalı boykot edəcəkdir.

Bundan öncə İtaliyada keçirilən "Venesiya" film festivalında "gümüş şir" mükafatını almağa müvəffəq olmuş Samuel Maozun çəkdiyi "Fox Truth" filmi mart ayında yəhudi rejissorların əsərlərinin göstərilməsi üçün nəzərdə tutulmuş Paris film festivalının açılış mərasimində nümayiş etdirilməlidir.

Kino tənqidçiləri və analitikləri bu qənaətdədirlər ki, bu film müharibə və zorakılıq əleyhinədir.

Frans-Press-in məlumatına görə, sionist rejimin Parisdəki səfirliyi bir məlumatda bildiribdir ki, bu rejim festivalın məsul şəxslərinə festivalın açılış mərasimində digər bir filmi nümyiş etdirməyi təklif edib, lakin bu təklif rədd olunubdur. Bu məsələ də sionist rejimin xarici işlər nazirliyinin öz səfirinə həmin mərasimdə iştirak etmək icazəsi verməməsilə nəticələnibdir.

Bundan öncə sionist rejimin idman və mədəniyyət naziri Miri Regev "Fox Truth" filminə reaksiyada demişdi ki, bu film sionist rejimin simasına xələl gətirir və sionist hərbçiləri qırğın amilləri kimi göstərir.

Şərh yaz


Məxfi kod
Yenilə