Şənbə, 06 Yanvar 2018 22:15

Bəhreyn xalqı Ali Xəlifə rejiminini qınamaq üçün yenə küçələrə çıxdı+Video

Bəhreyn xalqı Ali Xəlifə rejiminini qınamaq üçün yenə küçələrə çıxdı+Video

Bəhreyn xalqı Ali Xəlifə rejimi tərəfindən edama məhkum edilən bəhreynli Əhli-Beyt (ə) ardıcıllarından olan fəallarla həmrəy olduğunu bəyan etmək üçün küçələrə çıxıb.

"Revolution Bahrain" xəbər verir ki, nümayişçilər Ali Xəlifə rejiminə səslənərək, bu cür təzyiq, işgəncə və edamları ilə inqilabın ruhunu söndürə bilməyəcəyini bildiriblər. Mitində Səudiyyə Ərəbistanın nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin şəhadətinin ikinci ili də yad edilib.

Bundan başqa, Bəhreyn xalqı Ali Xəlifə rejimindən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın evinə qarşı tətbiq olunan blokadanın yığışdırılmasını tələb edib.

Media

Şərh yaz


Məxfi kod
Yenilə