Cümə, 15 Dekabr 2017 21:45

Netanyahu bir daha korrupsia ittihamı ilə istintaqa cəlb edildi

Netanyahu bir daha korrupsia ittihamı ilə istintaqa cəlb edildi

Sionist rejimin korrupsiyada ittiham edilən baş naziri 7-ci dəfə olaraq dindirilib.

İRNA-nın verdiyi məlumata görə, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün cümə Beytül-Müqəddəsdəki iqamətgahında dindirilib. O, korrupsiyada ittiham edilir.

Sionist rejimin 2-ci telekanalı bundan öncə Netanyahu və həyat yoldaşına qarşı yeni sənədlərin aşkar edilməsindən xəbər vermişdi.

Bu telekanal İsrail polisinin varlı iş adamı Arnon Milchandan bir sıra sənəd aşkar etdiyini bildirib. Bu sənədlərə əsasən Netanyahu ailəsi bu şəxsdən milyonlarla şikl dəyərində hədiyyələr alıblar.

Bu məlumata görə, Netanyahu korrupsiyada və bir sionist qəzet ilə şübhəli əlaqələrə malik olmaqda ittiham edilir. O, həmçinin, bir Alman şirkətindən sualtı qayığın alınması əməliyyatına müdaxilədə ittiham olunur.

Şərh yaz


Məxfi kod
Yenilə