Cümə, 15 Dekabr 2017 20:44

Ərəbistan şahzadələrindən daha bir neçəsi həbs olundu

Ərəbistan şahzadələrindən daha bir neçəsi həbs olundu

Ərəbistanlı jurnalist daha bir neçə səudiyə şahzadəsinin həbs edilməsindən xəbər verib.

Əl-Qüds Əl-Ərəbi qəzeti cümə gününə olan sayında ərəbistanlı yazıçı və  jurnalist Camal Qaşıqçıya istinadla yazıb: Daha bir qrup ərəbistan şahzadəsi tanınmış şahzadə və iş adamlarının dustaq olaraq saxlanıldığı "Ritz Karlton" otelinə daxil olub. 

Ərəbistanın baş prokuroru 6 dekabrda 320 şahzadə və iş adamının korrupsiya ilə mübarizə ittihamı ilə istintaqa cəlb edildiyini bildirmişdi. 

Ərəbistan başçıları Ər-Riyadın korrupsiya ilə mübarizə adlandırdıqları əməliyyat çərçivəsində 4 noyabr 2017-ci il tarixindən bir qrup tanınmış şahzadənin həbs edilməsi və onların mal varlıqlarının müsadirə olunması əməliyyatına başlayıblar. 

Analitiklərin nəzərinə görə, Ərəbistan şahzadələrinin həbs edilməsində məqsəd vəliəhd Məhəmməd bin Salmanın müxaliflərini zərərsizləşdirməkdir.

Şərh yaz


Məxfi kod
Yenilə