Cümə axşamı, 14 Dekabr 2017 15:06

Qüdsdəki Qiyamət kilsəsinin himayədarı ABŞ vitse-prezidenti ilə görüşməkdən imtina etdi

Qüdsdəki Qiyamət kilsəsinin himayədarı ABŞ vitse-prezidenti ilə görüşməkdən imtina etdi

Xristian aləminin ən müqəddəs kilsələrindən sayılan Qüdsün Qiyamət kilsəsinin rəhbərliyi ABŞ-ın vitse-prezident Mayk Penslə görüşməkdən imtina edib.Palinfo

Qüdsün Qiyamət kilsəsinin açarının sahibi, müsəlman Ədib Cavad Cudəh Əl-Hüseyini dekabrın 13-ü Ankarada keçirilən bir simpoziumda etdiyi çıxışında belə bir açıqlama ilə çıxış edib. “ABŞ-ın vitse-prezident Mayk Pensi Qiyamət kilsəsində qarşılamaqdan imtina etdik və bunu rəsmən ABŞ Dövlət Departamentinə də bildirdik”.

 O, Pensin kilsəyə səfəri vaxtı özünün orada olmayacağını da açıqlayıb.

 Qüdsdə xristianların müqəddəs saydığı Qiyamət kilsəsinin açarını əsrlərdir əllərində saxlayan iki müsəlman ailədən olan Cudəh Əl-Hüseyini, beynəlxalq cəmiyyətin Fələstin məsələsində sükut etməməsini istəyib: “ABD rəhbərliyinin Qüds qərarı Fələstin xalqını “ildırım kimi vurdu”. Bu təkcə Fələstin xalqına yox, bütün dünyaya təsir etdi. Qüds və xüsusilə İordan çayının qərbindəki son vəziyyət haqqında üçüncü intifadanın başladığını deyə bilərəm. Öz (Trump) mülkü olmayan bir şeyi layiq olmayan birinə necə verə bilər, necə istifadə edə bilər? Fələstin xalqı olaraq, bütün dünyadan hüququmuz haqqında bir işlər görməsini, səsini çıxarmasını istəyirik”.

Şərh yaz


Məxfi kod
Yenilə