Bazar, 19 Noyabr 2017 11:55

Ərəbistan Almaniya səfirini XİN-ə çağırtdırdı

Ərəbistan Almaniya səfirini XİN-ə çağırtdırdı

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi şənbə günü Almaniya xarici işlər nazirinin açıqlamasına reaksiyada bu ölkənin Ər-Riyaddakı səfirini XİN-ə çağırtdırıb.

Əkaz qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Almaniya xarici işlər naziri Ziqmar Qabrielin Livan baş naziri Səd Həririnin Ərəbistanda həbs olunması haqda açıqlamasını qeyri-düzgün adlandırıb. 

Ərəbistan XİN bundan öncə də Almaniya xarici işlər nazirinin Həriri haqda açıqlamasına etiraz olaraq öz səfirini Berlindən geri çağırmışdı. 

Almaniya xarici işlər naziri ötən cümə axşamı günü livanlı həmkarı ilə görüşdə Səudiyyə Ərəbistanının Səd Həriri ilə davranışını qeyri-normal adlandırıb və deyib: Heç kim Livan baş naziri və ailəsinin xaricə səfər etməsinin qarşısını ala bilməz. 

Şərh yaz


Məxfi kod
Yenilə