Bazar, 19 Noyabr 2017 11:46

Bir qrup nüfuzlu səudiyyəli hərbçi saxlanılıb

Bir qrup nüfuzlu səudiyyəli hərbçi saxlanılıb

Səudiyyə Ərəbistanında korrupsiya ilə mübarizə və islahatlar adı altında analoqu olmayan həbslərin davamında İngiltərənin bəzi tanınmış nəşrləri bir qrup səudiyyəli nüfuzlu hərbçinin saxlanılmasından xəbər veriblər.

Mehr İnformasiya Agentliyinin Bloomberqə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın islahat iddiası ilə öz müxaliflərini repressiya etdiyi halda, adının açıqlanmasını istəməyən bir səudiyyəli rəsmi deyib: İndiyə qədər təqaüdə çıxmış Ərəbistanın Müdafiə Nazirliyi və Milli Qvardiyasının yüksək səviyyəli 14 hərbçisi şübhəli maliyyə müqavilələrinin imzalanmasında iştirak etmək ittihamı ilə saxlanılıblar. 

Hərbçilərin həbs olunması ilə, ötən həftələrdə Ərəbistanda saxlanılan nüfuzlu şəxslərin sayı 200 nəfəri keçib. 4 nazir, 11 şahzadə, o cümlədən sabiq vəliəhd də həbs olunanlar arasındadır. 

Bəzi Kütləvi İnformasiya Vasitələri hərbi komandanların Yəmən müharibəsindəki uğursuzluğunu bəzi səudiyyəli komandanların həbsinin səbəbi elan ediblər. 

Wall Street Journal nəşri də yazıb: Səudiyyə Ərəbistanında iqtisadi korrupsiya ilə mübarizə işini başladan vəliəhd Məhəmməd Bin Salman çoxlu sayda şahzadəni və oliqarxı həbs etməkdən əlavə, bu şəxslərə aid iki mindən çox hesabı da dondurmuşdur. 

Bəzi KİV-in məlumatına görə, Məhəmməd Bin Salman saxlanılan şəxslərin əmlakının təxminən 70%-nin dövlətə verilməsini onların azad olunmasının şərti elan edib. 

Şərh yaz


Məxfi kod
Yenilə