Bazar, 19 Noyabr 2017 11:43

Ərəbistan kralı Mahmud Abbasdan bac alır

Ərəbistan kralı Mahmud Abbasdan bac alır

Ərəbistan kralı Fələstin Muxtariyyatının başçısı Mahmud Abbas ilə Ər-Riyadda baş tutan son görüşündə Ər-Riyadın Təl-Əviv ilə əlaqələrinin normallaşdırılması siyasəti çərçivəsində ondan Həmas-a təzyiq göstərməsini istəyib.

Əl-Aləm kanalının verdiyi  məlumata görə, Fələstin Əl-Yəum informasiya portalı yazır: Ərəbistan kralı Salman bin Əbdüləziz Fələstin Muxtariyyatının başçısı Mahmud Abbas ilə görüşdə deyib: Ərəbistan yalnız Həmasın İran və Hizbullahdan uzaqlaşacağı təqdirdə Fələstin Muxtariyyatının işçilərinin əmək haqlarının ödənilməsinə yardım edəcək.

Fələstin Əl-Yəum əlavə edib: Mahmud Abbas da Ərəbistan kralının cavabında deyib: Ər-Riyad Həmas-ı İsrail ilə uzunmüddətli atəşkəsə sadiq qalmağa məcbur etməsi üçün Misirə təzyiq göstərməlidir.

Rəy Əl-Yəum qəzeti də ötən günlərdə yazıb: Ərəbistan Mahmud Abbasa ABŞ prezidenti Donald Trampın Yaxın Şərq ilə bağlı "Əsrin Anlaşması" adlandırılan böyük anlaşmasını qəbul etmək və ya istefa vermək kimi iki seçimdən birini etməsi üçün təzyiq göstərir.

Şərh yaz


Məxfi kod
Yenilə