Bazar, 22 Oktyabr 2017 14:46

Səudiyyə rejiminin vəliəhd şahzadəsi İsrail rejiminə gizli səfər etdi

Səudiyyə rejiminin vəliəhd şahzadəsi İsrail rejiminə gizli səfər etdi

Adının anonim saxlanılmasını istəyən sionist İsrail rejiminin rəsmilərindən biri Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sentyabr ayında gizl şəkildə İsrail rejimini səfər etdiyini deyib.

Deyerler.org xəbər verir kii, AFP-yə müsahibə verən həmin İsrail rejiminin rəsmisi belə deyib: “Keçən ay İsrail rejimini gizli səfər edən Səudiyyə rəsmisi Məhəmməd bin Salman idi”.

Sionist jurnalist Ariel Kahana keçən ay Twitter-dəki səhifəsində belə bir mesaj paylaşmışdı: “Məhəmməd bin Salman rəsmi heyətlə birlikdə, İsrail rejiminə gələrək, rəsmilərlə görüşüb”.

Sionist İsrail rejiminin rəsmi radiosunun ərəb şöbəsi mövzu ilə bağlı 7 sentyabrda bu xəbəri vermişdi: “Səudiyyə rejiminin yüksək səviyyəli bir rəsmisi İsrail rejiminə gizli bir səfər edərək, İsrail rejiminin rəsmi şəxsləri ilə regional sülhün irəliləməsi planı mövzusunda fikir mübadiləsi aparmışdı”.

Sionisr rejimin Likut Partiyasının Knesetdəki nümayəndəsi və rabitə naziri Ayoub Kara belə söylədi: “Ərəb ölkələrindən əksəriyyətinin İsrail rejimi ilə əlaqəsi var. Bu əlaqə Misir və İordaniya ilə başlayaraq, Səudiyyə Ərəbistanı, Fars Körfəzindəki bəzi ölkələri, Şimali Afrika və İraqın bir hissəsini əhatə edir”.

Şərh yaz


Məxfi kod
Yenilə