Şənbə, 21 Oktyabr 2017 16:27

Bəhreyn rejimi son illərdə 15 min müxalif həbs edib

Bəhreyn rejimi son illərdə 15 min müxalif həbs edib

Bəhreyn İnsan Haqları və Demokratiya Üçün Sülh Təşkilatının sədri Cavad Firuz bu ölkədə son 6.5 il ərzində 15 min nəfərin həbs olunduğunu açıqlayıb.

Deyerler.org xəbər verir ki, Cavad Firuz 2011-ci ilin fevralında Bəhreyndə inqilabın başladığı gündən indiyə qədər 15 min nəfərin həbs olunduğunu və məhbusların çox pis şəraitlərdə saxlanıldıqlarını bildirib.

O, penitensiar müəssisələrdə məhbusların vəziyyətinin hər növbəti gün daha da pisləşdiyini deyib və dünya ictimaiyyətindən Bəhreyndəki məhbusların vəziyyətinə biganə qlamamalarını istəyib.

Bəhreyndən gələn xəbərlərə görə, ölkə həbsxanalarında olan vətəndaşların 10%-i qadın (330) və uşaqlardan (968) ibarətdir.

Digər tərəfdən, Bəhreyn İnsan Haqları Cəmiyyətinin sədri Baqir Dərviş ölkədəki həbsxanalarda məhbuslara qarşı 21 işgəncə növünün icra edilməkdə olduğunu söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə