Cümə, 13 Oktyabr 2017 11:52

ABŞ-ın Livandakı səfiri Libermana cavab verib

ABŞ-ın Livandakı səfiri Libermana cavab verib

ABŞ-ın Livandakı səfiri İsrailin müdafiə naziri Aviqdor Libermanın iddialarına cavab verib.

İslamazeri.com "Ynet"-ə istinadla xəbər verir ki, səfir Elizabet Riçard yüksək rütbəli Livan rəsmiləri və din xadimləri ilə görüşündə Liberman tərəfindən səsləndirilmiş Livan ordusunun guya "Hizbullah"ın nəzarətində olması ilə bağlı iddiaların Vaşinqton tərəfindən dəstəklənmədiyini bəyan edib.

"Livan ordusunun dəstəklənməsi məsələsində Amerika siyasətində heç bir dəyişiklik yoxdur. Libermanın söylədiyi sözlər bizim mövqeyimizə təsir etmir və həmin fikirləri dəstəkləmirik", - deyə amerikalı səfir açıqlamasında bildirib.

Qeyd edək ki, Aviqdor Liberman oktyabrın 10-da yəhudilərin Sukkot bayramı ərəfəsində hərbçilərlə görüşü zamanı Livan ordusunun "Hizbullah"la sıx əlaqədə olduğunu bəyan edib.

Şərh yaz


Məxfi kod
Yenilə