Çərşənbə axşamı, 12 Sentyabr 2017 11:33

Ərəbistan İŞİD-İn Ər-Riyadla bağlı terror planını zərərsizləşdirdiyini bildirib

Ərəbistan İŞİD-İn Ər-Riyadla bağlı terror planını zərərsizləşdirdiyini bildirib

Ərəbistan İŞİD-in Ər-Riyadla bağlı terror planını zərərsizləşdirməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Ərəbistanın rəsmi xəbər agentliyi bu ölkə rəsmilərindən birinə istinadla bildirib: Ərəbistanın təhlükəsizlik rəsmiləri bazar ertəsi günü İŞİD-in Ər-Riyadda Müdafiə Nazirliyinin tabeliyində olan iki mərkəzə qarşı hücum planını zərərsizləşdirib və bir neçə nəfəri də həbs ediblər. 

Bu məlumata görə, Ərəbistanın təhlükəsizlik qüvvələri Əhməd Yasir Əl-Kəlda və Əmmar Əli Məhəmməd adlı iki nəfəri həbs ediblər. Bu şəxslərin hadisə yerində və terror aktını törətməyə cəhd göstərdikləri zaman saxlanıldıqları bildirilir. 

Ərəbistanın terrorçuları himayə etməsi, bu ölkədə təkfirçilik düşüncəsinin gənclər arasında geniş yayılması, şiə sakinli məntəqələrdə gərginliyin artması və Yəmənə qarşı savaş Ər-Riyadı problemlərlə üzləşdirməyə başlayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə