Çərşənbə axşamı, 12 Oktyabr 2021 12:40

Livanın cənubunda neft obyektlərində böyük yanğın+Video

Livanın cənubunda neft obyektlərində böyük yanğın+Video

Livanın cənubundakı bir neft müəssisəsinin yaxınlığında böyük yanğın baş verib və yanğın nəticəsində partlayış qorxusu yaranıb.

Livanın Al-Jadeed şəbəkəsi ölkənin cənubundakı Əl-Zəhrani neft obyektində böyük yanğının olduğunu bildirib.

 Xəbərdə yanğının yayılması nəticəsində partlayışın baş verə biləcəyinə dair qorxuların olduğu bildirilir.

 Livan ordusu Əl-Zəhrani neft obyektinin ətrafındakı ərazilərdə təxliyə işləri aparıb və Əl-Zəhrani şossesinin hər iki tərəfində nəqliyyatın hərəkəti dayandırılıb və maşınlar alternativ yollara istiqamətləndirilib.

 Yanğın Əl-Zahrani neft sisternlərinin birində baş verib və səbəb hələ açıqlanmayıb.

 Yanğın Livanda ciddi yanacaq çatışmazlığı ilə üzləşdiyi vaxta təsadüf edir. Əl-Zəhrani və Deyr Əl-Əmmar elektrik stansiyaları bu həftə yanacaq çatışmazlığı səbəbindən bağlanmışdı və Livanın elektrik enerjisi ölkə daxilində bir neçə saatlıq kəsilmişdi.

Media

Şərh yaz


Məxfi kod
Yenilə