Bazar ertəsi, 04 Oktyabr 2021 11:30

Bəhreynli gənclər Fələstin bayrağı ilə İsrail rejiminin səfirliyinə etiraz etdilər+Video

Bəhreynli gənclər Fələstin bayrağı ilə İsrail rejiminin səfirliyinə etiraz etdilər+Video

İsrail rejiminin Manama səfirliyi qarşısına toplaşan onlarla bəhreynli gənc, əllərində Fələstin bayraqları tutaraq Təl-Əviv rejimi ilə normallaşma əleyhinə şüarlar səsləndiriblər.

Lualuatv  xəbər verir ki, İsrail rejiminin xarici işlər naziri Yair Lapidin səfəri və Manamada İsrail rejiminin səfirliyinin rəsmi açılışı ilə əlaqədar Bəhreyndə etirazlar davam edir.

 Bəhreyn vətəndaşları İsrail rejiminin Manamadakı səfirliyi qarşısında toplaşaraq ölkələrinin Təl-Əvivlə münasibətlərinin normallaşmasına qarşı şüarlar səsləndiriblər.

 Fələstin mübarizəsini dəstəkləmək üçün əllərində Fələstin bayraqları tutan nümayişçilər, ərəb dövlətlərinin işğalçı sionist rejimlə münasibətlərinin normallaşmasının əleyhinə olduqlarını qeyd ediblər.

 Bu arada, Bəhreynin Sitra adası da bu gün bəhreynlilərin ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşmasını pisləyən nümayişlərə şahid olub. Bəhreyn təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün onlara hücum edərək gözyaşardıcı qaz və plastik güllələr atıb.

 Nümayiş iştirakçıları əllərində sionist rejimlə əlaqələrini pisləyən plakatlar tutublar.

Media

Şərh yaz


Məxfi kod
Yenilə