Cümə, 01 Oktyabr 2021 22:46

Bəhreyn xalqı İsrail rejiminin XİN rəhbərini antisionist nümayişlərlə qarşıladı+Foto

Bəhreyn xalqı İsrail rejiminin XİN rəhbərini antisionist nümayişlərlə qarşıladı+Foto

İsrail rejiminin xarici işlər naziri Yair Lapidin Manamaya gəlişi Bəhreyn xalqının Təl-Əvivlə münasibətlərin normallaşmasına qarşı keçirdiyi etirazla qarşılanıb.

Farsnews xəbər verir ki, İsrail rejiminin xarici işlər naziri Yair Lapid Təl-Əvivlə Manama arasındakı münasibətlərin normallaşmasından sonra ilk rəsmi səfəri üçün bu gün (30 sentyabr) Bəhreynə gəlib.

 Ərəb Postun yazdığına görə, İsrail rejiminin xarici işlər nazirinin gəlişi ilə eyni vaxtda Bəhreyndə sionist rejimlə münasibətlərin normallaşmasını pisləyən kütləvi nümayişlər başlayıb.

 Məlumata görə, nümayişçilər Bəhreynin paytaxtından kənarda avtomobil təkərlərini yandırıblar və sosial şəbəkə istifadəçiləri həştəqlər açaraq sionist nazirin gəlişinə etiraz ediblər. Həmçinin bu gün Bəhreyn Hava Limanına gedən marşrutlarda təhlükəsizlik qüvvələri geniş şəkildə yerləşdirilib.

 Fələstin mediasının bu gün yayımladığı Bəhreyn xalqının nümayişlərinin video və şəkillərinə aşağıda baxa bilərsiniz.

 Etiraz edən bəhreynlilər sionist rejimin bayrağını da yandırıblar.

 Bəhreyn inqilabının mənəvi lideri Ayətullah Şeyx İsa Qasim sionist rejimin xarici işlər nazirinin Bəhreynə səfərindən əvvəl Tvitter üzərindən belə bir reaksiya verib: “Sionist düşmənlə əlaqələrin normallaşması nifrət dolu xəyanətdir və Bəhreyn rejiminin xalqa qarşı apardığı siyasi müharibələrdən biri, qorxutmaq, yoxsullaşdırmaq, həbs etmək, mühacirət və sürgün etmək, alçaltmaq, kənarlaşdırmaq və insanların hüquqlarından məhrum olmaqdır.

 Allah bu xalqa rəhm etsin!”

 Bəhreynin Haqq hərəkatı isə Lapidin Manamaya səfərini Bəhreynin hisslərinə açıq hücum və xəyanət adlandırıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə