Cümə, 01 Oktyabr 2021 20:42

Hizbullah İsrail rejiminin PUA-sını vurdu

Hizbullah İsrail rejiminin PUA-sını vurdu

Livanın Hizbullah hərakatı ölkənin cənubunda hava məkanını pozan sionist İsrail rejiminin pilotsuz təyyarəsini vurduğunu elan edib.

Al-Manar  xəbər verir ki, Hizbullahdan verilən açıqlamada, ölkənin cənubunda Yatir qəsəbəsinin səması üzərində uçan PUA-nın dünən (30 sentyabr) yerli vaxtla saat 13:55-də təsbit edildiyi bildirilib.

 Bildirilib ki, Hizbullah üzvləri dronları müvafiq silahlardan istifadə edərək vurublar.

 Digər tərəfdən, sionist rejimdən gələn yazılı açıqlamada, orduya məxsus pilotsuz təyyarənin müntəzəm uçuşu zamanı Livan torpağına düşdüyü və bu mövzuda istintaq başladıldığı bildirilib.

 Onu da qeyd edək ki, sionist İsrail rejiminə aid PUA, döyüş təyyarələri və döyüş gəmiləri tez-tez Livan sərhədlərini pozur. Livan hakimiyyəti bu pozuntulara görə dəfələrlə BMT-yə şikayət göndərib.

Şərh yaz


Məxfi kod
Yenilə