Cümə, 01 Oktyabr 2021 20:42

Bəhreyn xalqı İsrail rejiminə qarşı mitinqləri davam etdirir+Video

Bəhreyn xalqı İsrail rejiminə qarşı mitinqləri davam etdirir+Video

İsrail rejiminin xarici işlər nazirinin Manamaya səfərinə Bəhreyn xalqı etiraz etməyə davam edir.

 LualuaTV  xəbər verir ki, İsrail rejiminin xarici işlər naziri Yair Lapid Təl-Əvivlə Manama arasındakı münasibətlərin normallaşmasından sonra ilk rəsmi səfəri üçün sentyabrın 30-u Bəhreynə gəlib. Sionist nazir İsrail rejiminin Manamadakı səfirliyinin açılışında iştirak edəcək.

 Dünəndən (30 sentyabr) etibarən paytaxt Manama daxil olmaqla Bəhreynin bir çox şəhərində sionist rejimlə münasibətlərin normallaşmasını pisləyən kütləvi nümayişlər keçirilir.

 Etiraz edən bəhreynlilər sionist rejimin bayrağını da yandırıblar. Nümayişlərdən yayılan görüntülərdə yüzlərlə insanın İsrail rejimi ilə razılaşmanın imzalanmasını pisləyən plakatlar daşıdığı görünür.

Media

Şərh yaz


Məxfi kod
Yenilə