Qərbi Asia
Bazar ertəsi, 05 June 2023 18:43

Suriya nefti talanır

ABŞ ordusu Suriya neftini oğurlamağa davam edir.

İRİB-nin məlumatına əsasən, Amerika işğalçı qüvvələri İraqdakı bazalarına 45 yük maşını Suriya nefti göndərib.

İŞİD terror qruplaşmasının məğlub edilməsindən sonra ABŞ qüvvələri birbaşa olaraq bu qruplaşmanın yerini tutub və İŞİD-dən sonra kürd yaraqlılarının köməyi ilə Suriya neftini oğurlamağa başlayıb.Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqi və şimal-şərqində yerləşən terrorçuların və amerikalıların Suriya neftini talamaqdan başqa məqsədi yoxdur və onların mövcudluğu qeyri-qanunidir.

 

İsrail ordusunun atəşi nəticəsində Misir ordusunun hərbçisi öldürülüb

 

 

 

İsrail "Kanal 14" telekanalının müxbiri bildirib ki, 

 

İsrail ordusu Misir sərhədində silahlı şəxsi hədəfə alıb.

 

- Öldürülən şəxs Misir ordusundandır.

 

Netanyahu Misir və Amerika vasitəçilərinə göndərdiyi çox qısa mesajda deyib: "İsrail özünü qorumaq üçün hər şeyi edəcək".

 

Qeyd edək ki, İsrail və Misir sərhəddində İsrail əsgərlərinə silahlı hücum olub. Misirlə sərhəddə baş verən qarşıdurmada 2 İsrail əsgəri öldürülüb, 4-ü isə yaralanıb.

İsrail qüvvələri fələstinl kişi və onun iki yaşlı uşağını yaralayıblar.

 “Anadolu”  xəbər verir ki, hadisə İordan çayının Qəb sahilində yerləşən Ramallah şəhərinin yaxınlığındakı Nəbi-Saleh qəsəbəsində baş verib.

Bildirilib ki, İsrail qüvvələri içərisində ata və uşağın olduğu avtomobili atəşə tutublar.

Kişi çiyin və əl nahiyyəsindən, uşaq isə baş nahiyyəsindən yaralanıb.

Uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir, 40 yaşlı atanın halı isə stabildir.

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən hərbi obyektlərə hava zərbələri endirib.

Bu  haqda SANA agentliyi məlumat yayıb.

Məlumata görə, Sionist rejim  Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Dəməşq və ətrafındakı bir sıra obyektləri hədəfə alan raketlər buraxıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında səfərdədir.

Bu  barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin-Salman əs-Səudla görüşəcək. Ukrayna Prezidentinin Ərəb Dövlətləri Liqasının sammitində çıxış edəcəyi də vurğulanıb.

Cümə axşamı, 18 May 2023 21:24

BMT: Yəməndə daşqınlarda 31 nəfər ölüb

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların yağdığı bildirilib.

 

Açıqlamada leysan yağışların İbb şəhərindəki qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu qeyd olunub.

 

Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.

 

Bəşşar Əsəd Ərəbistan kralı Salman bin Əbdüləziz tərəfindən rəsmi surətdə Ərəb Liqası sammitinə dəvət edilib

Suriya prezident administrasiyası bildirib ki, bu ölkənin prezidenti Bəşşar Əsəd Ərəbistan kralı Salman bin Əbdüləziz tərəfindən rəsmi surətdə Ərəb Liqası sammitinə dəvət edilib.

Sammit Ərəb Liqasına üzv ölkələrin dövlət başçılarının iştirakı ilə mayın on doqquzunda Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

2023-cü ilin aprelində İranla diplomatik münasibətlərin bərpasından sonra Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasına qaytarılmasına yaşıl işıq yandırmaq qərarına gəlib.

 

İRİB-nin məlumatına əsasən, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı ərəb dövlətlərinin Suriyanın Ərəb Dövlətləri Liqasında iştirakını bərpa etmək qərarından sonra Dəməşqdəki səfirliyinin işini bərpa edəcək.

 

Qeyd edək ki, mayın 7-də Qahirədə bir sıra ərəb xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü baş tutub. İclasda Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpası qərara alınıb.

BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahdan istifadəyə dair qədim iş barədəki yığıncağında Rusiya nümayəndəsi bu iclası əbəs və Suriya hökumətinə hücum üçün Qərb ölkələrinə fürsətin verilməsi kimi dəyərləndirib.

 

İRİB-nin məlumatına görə, BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadəyə dair qədim işi araşdırmaq üçün açıq iclas keçirib.

 

İclasda Rusiyanın BMT-dəki nümayəndəsinin müavini deyib:

 

Dmitri: Bu şou Təhlükəsizlik Şurasının etibarını təsir altına alır. Qərb Dəməşqi həmkarlıq etməməkdə ittiham etməklə Suriya kimyəvi işinin irəliləməsinə dair əsassız bir çıxış təqdim edir. Bizim bu şuradakı qərbli həmkarlarımız öz xeyirlərinə olarkən kar və lal kimi davranırlar. İndi də kimyəvi silahların yayılmaması təşkilatı Qərbin əlində müti bir vasitəyə çevrilibdir.

 

X- iclasda BMT baş katibinin tərkisilah məsələləri üzrə ali nümayəndəsi İzomi Nakamitso ABŞ və İngiltərə ilə eyni mövqedən çıxış/ və ötən illərdə Suriyada kimyəvi hücum iddiası haqda Suriya hökumətilə danışıqların səmərəsiz olduğunu iddia edib. Suriya nümayəndəsi bu iddianı rədd və Suriya hökumətinin həmin illərdə  kimyəvi silahların yayılmaması təşkilatı ilə geniş və intensiv əməkdaşlıqları haqda məlumat təqdim edib.

 

İran İslam Respublikasının daimi nümayəndəsi də vurğulayıbdır ki, Suriyada kimyəvi silahlar işi barədə istənilən araşdırma tərəfsizcəsinə, peşəkar, mötəbər və beynəlxalq qanunlara uyğun olmalıdır.

 

BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadəyə dair qədim iş haqda/ bu məsələ barədə heç bir dəyişiklik baş vermədən/ müntəzəm və aylıq formada iclas keçirir. Bu təkrar iclasların keçirilməsi sırf olaraq, siyasi yanaşmaya malikdir və heç bir vəchlə konstruktiv deyildir- deyə, İran İslam Respublikasının məsələ ilə bağlı mövqeyi vurğulanıb.

 

 

 

 

Çərşənbə axşamı, 09 May 2023 00:21

Səudiyyə Ərəbistanından Sudana 100 milyon dollar yardım

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar dəyərində humanitar yardımdan əlavə, münaqişədən zərər çəkənlər üçün rəsmi platformada vəsait toplama kampaniyası təşkil edəcəyini açıqlayıb.

 

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə əsasən, Kral Salman və Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Abdullah bin Əbdüləziz ər-Rabia açıqlama verib.

 

Rabianın açıqlamasına görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Kral Salmana Yardım və Humanitar Araşdırmalar Mərkəzinə “Sudana 100 milyon dollar dəyərində müxtəlif humanitar yardımlar göstərməyi” tapşırıb.

 

Kral Salman və vəliəhd Bin Salman da Sudan xalqının qarşı-qarşıya olduğu mənfi şərtlərin təsirlərini azaltmaq üçün “Sahem” platforması üzrərindən yardım kampaniyası təşkil edilməsini tələb ediblər.

 

Kral Salman və vəliəhd şahzadə bin Salmanın göstərişlərinə əsasən Sudanda məcburi köçkünlərə humanitar yardım və tibbi yardım göstəriləcək.

Page 1 of 1095