Cümə axşamı, 08 Aprel 2021 19:55

Yəmən qüvvələri bir daha Səudiyyə rejiminin aviabazasını PUA ilə vurdu

Yəmən qüvvələri bir daha Səudiyyə rejiminin aviabazasını PUA ilə vurdu

Təbriz Radiosu--Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (8 aprel) səhər Yəmən ordusunun PUA birliyinin Səudiyyə rejiminin Xamis Muşaitdəki Kral Xalid aviabazasına qarşı hücum əməliyyatı keçirdiyini açıqlayıb.

Əl-Məsirə xəbər verir ki, Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Xamis Muşaitdəki Kral Xalid Hava Bazası Qasif 2K pilotsuz təyyarəsi tərəfindən hədəfə alındı.

 Bu əməliyyat Kral Xalid Hava Bazasına dəqiq hücum idi və buranı hədəfə almaq davam edən hücumlar və mühasirəyə qanuni və təbii cavabımızdır”.

 Sputnik agentliyi xəbər verir ki, Səudiyyə rejiminin koalisiyası Xamis Muşaitdəki hava hücumundan müdafiə sistemlərinin PUA əməliyyatını dəf etdiyini iddia edir.

 Qeyd edək ki, ardıcıl iki gündür Yəmən silahlı qüvvələri Kral Xalid aviabazasını hədəfə alır. Yəmən ordusu bu iki əməliyyatda Qasif 2K PUA-larından istifadə edib.

Şərh yaz


Məxfi kod
Yenilə