Cümə axşamı, 11 Oktyabr 2018 18:52

YUNİSEF: Yəmənli uşaqların təcili yardıma ehtiyacı var

 YUNİSEF: Yəmənli uşaqların təcili yardıma ehtiyacı var

“YUNİSEF” uşaq fondu yəmənli uşaqların humanitar yardıma təcili ehtiyacı olduğunu elan edib.

"Deyerler.org"un "iqnanews.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, “YUNİSEF”-in nəşr etdiyi bəyanatda bildirilir: “Demək olar ki, bütün yəmənli uşaqlar aclığa məruz qalaraq, tez inkişaf edən difteriya, vəba, ishal xəstəlikləri ilə üzbəüzdür və köməyə ehtiyacı var. Baş vermiş qarşıdurma nəticəsində, üç il ərzində 6 mindən yuxarı uşaq yaralanıb və dünyasını dəyişib”.

 “YUNİSEF” yəmənlilərə olunan üçüncü maddi yardımın başlanmasını xəbər verərək bildirmişdir ki, bu maddi yardımdan yarım milyona yaxın insan istifadə edir. Olunacaq maddi dəstək Yəmən xalqının üçdə biri üçün vacibdir.

Şərh yaz


Məxfi kod
Yenilə