Çərşənbə axşamı, 13 Mart 2018 21:48

Yəməndəki müharibədə Böyük Britaniya hökumətinin də payı var

Yəməndəki müharibədə Böyük Britaniya hökumətinin də payı var

Böyük Britaniyanın İcmalar Palatasında bir neçə gün əvvəl Yəmən müharibəsi məsələsində baş nazir Tereza Mey ilə Fəhlə partiyasının lideri Ceremi Korbin arasında baş verən qarşılıqlı atmacalardan sonra, C.Korbinin sözçüsü də tənqid istiqamətlərini hökumətə yönəldib.

Deyerler.org Kudushaber-ə istinadən xəbər verir ki, sözçü Yəmənə qarşı müharibənin və hava bombardımanlarının dəstəklənməsi qərarından dolayı mövcud hökumətin məsuliyyət daşıdığını deyib. Bundan başqa, Britaniya hərbi personalının hava bombardmanları məsələsində müşavirlik etməsinin məsuliyyətinin də T.Mey hökumətinin üzərində olduğunu bildirib.

Fəhlə Partiyasının rəsmisi, bütün bunların nəticəsində də xeyli sayda mülki infrastrukturun məhv edildiyini və mühüm bir hissəsi uşaqlar olmaqla xeyli sayda mülki şəxslərin həlak olduğunu və ya yaralandığını xatırladıb. “Səudiyyə rejiminin qüvvələri aşkar şəkildə müharibə cinayəti törədirlər. Baş verənlərə görə Britaniya hökumətinin üzvləri də məsuliyyət daşıyır”, - deyə C.Korbinin sözçüsü bildirib.

Bu açıqlamalardan əvvəl Ceremi Korbin də oxşar ifadələrlə T.Mey hökumətini ittiham etmiş, T.Mey isə, BMT Təhlükəsizlik Şurası tərəfindən qanuni qəbul edilən hökumətin tələbi üzərində müharibəyə daxil olduqlarını bildirmişdi. T.Mey, həmçinin Səudiyyə rejimi ilə aparılan kəşfiyyat əməkdaşlığı nəticəsində yüzlərlə insanın həyatının xilas edildiyini iddia etmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə