Çərşənbə, 13 Oktyabr 2021 22:03

Ənsarullah Səudiyyə rejiminin mövqelərini dronlarla vurdu

Ənsarullah Səudiyyə rejiminin mövqelərini dronlarla vurdu

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) kamikadze dronları ilə Səudiyyə rejiminin koalisiyasının Xamis Muşaitdəki mövqelərini hədəfə alıb.

ISWNews xəbər verir ki, bu Ənsarullahın Səudiyyə rejiminin koalisiyasının Xamis Muşaitdəki mövqelərinə ikinci dron zərbəsidir. Səudiyyə rejiminin koalisiyası hər iki hücumda istifadə edilən dronların məhv etdiyini iddia edir.

 Ənsarullah isə Əl-Vəsit, Əl-Cərəfa, Havbaranə, Əl-Ğamis və Cəbəl əl-Muğra bölgələrini Əl-Cuba idarəsindəki Səud rejiminin koalisiyasından azad etdi.

 Əl-Cubah Cəbhəsində Əl-Cubanın mərkəzi olan Əl-Cədidə şəhərini azad etmək üçün qarşıdurmalar davam edir. Dünən (12 oktyabr) səhər Ənsarullah Əl-Ğamis bölgəsində Səudiyyə rejiminin koalisiyasının qüvvələrinin qərargahına raket hücumu həyata keçirib və bu hücumda xain Mənsur Hadinin səhra komandirlərindən Abbas Qalib Əl-Əcda bir sıra digər Hadi qüvvələri ilə birlikdə öldürülüb.

 Əl-Əbadiyə cəbhəsində Səudiyyə rejiminin koalisiyasının ağır bombardmanlarına baxmayaraq, Ənsarullah Əl-Həccə və Xərəfan bölgələrini azad etməyə müvəffəq olub və qarşıdurmalar Əl-Əbədiyə bölgəsini tamamilə təmizlənməsi istiqamətində davam edir.

 Son 72 saatda Səudiyyə rejiminin koalisiyasının döyüş təyyarələri Əl-Aəbədiyəni 85 dəfə, Əl-Cubanı 4 dəfə, Mahliyə və Sarvada 4 dəfə, Qanəh bölgəsini 2 dəfə bombalayıb. Bu da əvvəlki günlərə və həftələrə nisbətən Əl-Əbədiyədəki hücumların artdığını göstərir.

 Səudiyyə rejiminin koalisiyası Ənsarullah hərəkatlarına indiyə qədər ciddi təsir etməyən və yalnız Məaribin cənubundakı irəliləyişini ləngidən vəhşicəsinə və ağır bombardmanlarla Ənsarullah hücumlarını dayandırmağa çalışır.

Şərh yaz


Məxfi kod
Yenilə