Çərşənbə axşamı, 22 Yanvar 2019 22:06

Suriyanın Riqqə vilayətində 14-cü kütləvi qəbir aşkar edilib

Suriyanın Riqqə vilayətində 14-cü kütləvi qəbir aşkar edilib

Suriyanın tibb mənbələri bu ölkənin Riqqə vilayətinin cənubunda yerləşən əl-Təlaiə düşərgəsinin kənarında təqribən 600-800 cəsədə malik kütləvi qəbirin aşkar edilməsindən xəbər veriblər.

Tibb mənbələri bildiriblər ki, bu, Riqqədə aşkar edilən 14-cü kütləvi qəbirdir.

O, əlavə edib: Suriyanın sürətli reaksiya komandası cəsədlərin çıxarılması əməliyyatına başlayıbdır.

Ötən sentyabr ayında da Riqqə vilayətindəki bir kütləvi qəbirdən üç min 310 cəsəd aşkar edilmişdi. Oktyabr ayında da Riqqədə bir kütləvi qəbir aşkar edilmiş və ondan təqribən 1500 cəsəd çıxarılmışdı.

Şərh yaz


Məxfi kod
Yenilə