Bazar ertəsi, 16 Aprel 2018 13:50

Terrorçular Suriyanın Duma şəhərində kimyəvi silah itehsal edirmişlər

Terrorçular Suriyanın Duma şəhərində kimyəvi silah itehsal edirmişlər

Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərində Ceyşulislam terror qrupu başçısının evində aşkar edilmiş sənəd və faktlar terror qruplarının işğalı altında olarkən bu məntəqədə kimyəvi silahların düzəldilməsi əməliyyatını sübuta yetiribdir.

Suriya mediaları bildiriblər ki, Ceyşulislam terror ünsürlərinin sonuncu qrupunun öz ailələri ilə birlikdə şənbə günü Qutədən çıxmasından sonra aşkar edilmiş sənəd və faktlar terrorçuların bu məntəqədə kimyəvi silah istehsal etdiklərini göstərir.

Suriya mediaları əlavə ediblər: Terrorçular bu məntəqədən çıxmamışdan öncə bütün sənədləri tam şəkildə məhv etməyə çalışıblar, amma bu sənədlərin bəzisi tamamilə məhv olmayıbdır. Həmin sənədlərin birində belə yazılıb ki, onlar kimya və elektronika kursu keçdikdən sonra bu sahədə məsul şəxslər kiimi təyin edildilər.

Suriya mediaları bildiriblər ki, Ceyşulislam terror ünsürlərinin silah sənayesi və kimyəvi işi üzrə məsul şəxslərin adları Əbu Mahir kimi tanınan Uns Qaşu və Yusif Qaqişdir.

Amerika Fransa və İngiltərənin iştirakı ilə aprelin 14-ü, səhər tezdən Suriya dövlətinin Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərini kimyəvi silahla bombalaması iddiası ilə BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriyaya hücum etdi.

Şərh yaz


Məxfi kod
Yenilə