Çərşənbə axşamı, 13 Fevral 2018 17:55

Suriyanın şərqində sionist rejim silahları aşkar edilib

Suriyanın şərqində sionist rejim silahları aşkar edilib

Suriya ordusu bu ölkənin şərqindəki Diyrəzzur məntəqəsinin ətrafında İŞİD terrorçularının işğalından azad edilmiş məntəqələrdə sionist rejim silahlarının aşkar edilməsindən xəbər verib.

Bir suriyalı hərbi mənbə bu gün SANA xəbər agentliyi ilə müsahibədə bildirib ki, Suriya ordusunun tabeliyində olan bölmənin qüvvələri bu ölkənin şərqindəki Diyrəzzur məntəqəsinin ətrafında İŞİD terrorçularının işğalından azad edilmiş məntəqələri nəzərdən keçirərkən sionist rejim silahları aşkar və müsadirə ediblər.

Bu hərbi mənbə vurğulayıb: Suriyalı qüvvələr çoxlu sayda hərbi təchizatı, o sıradan bəziləri sionist rejim məhsulu olan mərmi, tank və minanı Diyrəzzurun cənub-şərqində aşkar və müsadirə ediblər.

Sionist Haarets qəzeti yazıb: Sionist rejim ordusunun Suriyadakı terrorçulara verdiyi hərbi dəstək ötən ildə 115 milyon şekel, başqa sözlə, 32 milyon dollardan çox təxmin edilir.

Şərh yaz


Məxfi kod
Yenilə