Cümə, 19 May 2017 09:39

ABŞ Suriya ordusuna hava hücumu edib

ABŞ Suriya ordusuna hava hücumu edib

ABŞ qırıcı təyyarələri Suriyanın cənubunda bu ölkə ordusu qüvvələrinə hücum edib.

Press TV-nin məlumatına görə, adının açıqlanmasını istəməyən bir amerikalı hərbi rəsmi bildirib: ABŞ-ın bir qırıcı təyyarəsi cümə axşamı günü Homsun şərq ətrafında əl-Badiyə bölgəsində 27 tanka şamil olan Suriya dövlət qüvvələrinin karvanına hücum edib.

Suriya ordusu qüvvələri İordaniya sərhədi yaxınlığında əl-Tənf bazasında ABŞ və qərb ölkələrinin dəstəklədiyi terrorçulara doğru irəliləməkdə ikən, bu qırıcı təyyarənin hücumuna məruz qalıb.

Əl-Tənf bazasındakı terrorçular britaniyalı və amerikalı qüvvələr tərəfindən təlim alıblar.

Suriya dairələrinin bildirdiyinə görə, bu hücum terrorçulara dəstək və Suriya ordusunun əl-Tənf bazasına doğru irəliləməsinə mane olmaq üçün edilib.

İndiyə qədər bu hücumun ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

Terrorçular ABŞ, qərb və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə Suriyada çoxlu cinayətlər törətmişlər.

 

Şərh yaz


Məxfi kod
Yenilə