Cümə axşamı, 08 Aprel 2021 12:57

Rusiya Ukrayna sərhədində hərbi düşərgə yaradıb

Rusiya Ukrayna sərhədində hərbi düşərgə yaradıb

Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaradıb.

 Bunu “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev deyib.

 Leviyevin sözlərinə görə, düşərgə 3-4 km uzunluqda ərazini əhatə edir və hərbi texnika ilə doludur.

 “Voronej yaxınlığında yerləşən düşərgə səhra mətbəxi, hospital və çadır şəhərciyi ilə təchiz olunub”, - Leviyev bildirib.

 Jurnalist bildirib ki, düşərgənin varlığı barədə ora yaxın yaşayan sakinlərdən öyrənib.

Şərh yaz


Məxfi kod
Yenilə