Çərşənbə, 07 Aprel 2021 23:16

Lavrov: “Böyük Avrasiya Tərəfdaşlığı Aİ üçün açıqdır”

Lavrov: “Böyük Avrasiya Tərəfdaşlığı Aİ üçün açıqdır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Avrasiya Tərəfdaşlığının Avropa İttifaqına açıq olduğunu bildirib.

 Sputnik xəbər verir ki, Pakistandakı “News International” qəzetinə danışan Lavrov, belə deyib: “Rusiyanın prezidenti Vladimir Putinin Böyük Avrasiya Tərəfdaşlığını yaratmaq təşəbbüsü birləşdirici gündəmin inkişafına xidmət edir. AEB, ŞƏT, ASEAN üzvləri daxil olmaqla qitənin bütün dövlətləri, əgər maraqlı oarsa Avropa İttifaqına da açıqdır”.

 Lavrov bu təşəbbüsün həyata keçirilməsinin müsbət qarşılıqlı asılılığı gücləndirməklə yanaşı, bütün iştirakçıların rəqabət qabiliyyətini artıracağını və qitədə sülh və sabitlik məkanının yaradılmasına kömək edəcəyini bildirib.

 Lavrov, Rusiyanın Pakistan, Hindistan və Avrasiyadakı digər tərəfdaşları ilə qarşılıqlı əlaqələri artırmaq istədiyini, bununla birlikdə təhlükəsizlik və həyat keyfiyyətini artırmaq kimi hədəfləri bölüşdüyünü söyləyib.

 Putin 2016-cı ildə Böyük Avrasiya Tərəfdaşlığını yaratmaq fikrini irəli sürüb. Rusiya lideri AEB ilə Rusiyanın yaxın münasibətdə olduğu Çin, Hindistan, Pakistan, İran və MDB ölkələrinin, eləcə də digər ölkələrin və təşkilatların bu təşəbbüsdə iştirak edə biləcəyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə