Bazar, 07 Mart 2021 09:25

Ermənistan prezidenti müxalifət liderləri ilə görüşmək istədiyini deyib

 Ermənistan prezidenti müxalifət liderləri ilə görüşmək istədiyini deyib

Ermənistan prezidenti Armen Sarkisyan mart ayının 7-də müxalifət nümayəndələri ilə görüşmək istədiyini bildirib.

 bunu baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələr birliyi – müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Sağatelyan deyib.

“Bizə bildirildi ki, prezident hərəkat rəhbərləri ilə yenidən görüşmək istəyir”, - deyə Sağatelyan bildirib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeyini təqdim edib və Baş Qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb: “Hələlik yekun cavab almamışıq, bazar ertəsi gününə qədər müddətimiz var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etmək məcburiyyətindədir, əks halda ölkədəki vəziyyət və sonrakı nəticələr üçün şəxsən məsuliyyət daşıyacaq”.

Siyasətçi, həmçinin Baş Qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Şərh yaz


Məxfi kod
Yenilə