Bazar, 17 Yanvar 2021 22:47

Rusiyaya qayıdan Navalnı aeroportda tutuldu

Rusiyaya qayıdan Navalnı aeroportda tutuldu

Rusiyalı müxalif bloger Aleksey Navalnı Rusiyaya qayıdıb.

Axar.az xəbər verir ki, o, Moskvanın Şeremetyevo hava limanındaca hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Navalnı 29 dekabr 2020-ci ildə dələduzluğa görə açılan cinayət işi çərçivəsində saxlanılıb.

Qeyd edək ki, Bavalnının təyyarəsi Vnukova hava limanına eniş etməli olsa da, sonradan Şeremetyevoya yönəldilib. Aeroportun yolunu isə polis bağlayıb. Belə ki, minlərlə şəxs Navalnını qarşılamaq istədiyini sosial şəbəkə hesabında elan edib.

A.Navalnını təyyarədə xeyli xarici jurnalist də müşayiət edir.

Şərh yaz


Məxfi kod
Yenilə