Şənbə, 16 Yanvar 2021 14:58

Rusiya XİN sözçüsü: "İran terrorizm ilə mübarizədə öncüldür"

Rusiya XİN sözçüsü: "İran terrorizm ilə mübarizədə öncüldür"

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ dövlət katibinin İranın Əl-Qaidə ilə əlaqədə olduğuna dair iddiasını rədd edərək, deyib: "Mövcud sübutlara əsasən, İran İslam Respublikası özü terrorizmin qurbanıdır və terror qruplaşmalarına qarşı ciddi mübarizənin öncüllərindən biridir".

Mariya Zaxarova bu gün İRNA ilə müsahibədə əlavə edib: "Tehranın Əl-Qaidə ilə mümkün əlaqəsi barədə nəinki heç bir məlumat yoxdur, həm də İran özü terrorizm ilə mübarizə məsələsində dürüst və ciddi bir ölkədir".

O, qeyd edib ki, İranın misal üçün Suriya və İraqda terrorçulara qarşı sərt və ciddi mübarizəsinə dair bir çox sübutlar vardır".

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "ABŞ rəsmiləri, İranın terrorizmə qarşı təsirli mübarizə apardığına dair dəlillər barədə susurlar və onların bu davranışları İran İslam Respublikasına qarşı şantajdan xəbər verir.

Azərbaycanda Hz Xanım Fatimeyi Zəhra s.ə Şəhadəti günləri Pandemiya ilə laqədar məscidlərdə və   hüseyniyyələrdə mərasimlərin  keçirilməməsinə baxmayaraq bu ölkədə Əhlibeyt aşiqləri  öz evlərində  O həzrətə əza saxlayıblar 

 

Şərh yaz


Məxfi kod
Yenilə