Cümə, 15 Yanvar 2021 23:35

Rusiya bu razılaşmadan niyə çıxdı? - Zaxarova

Rusiya bu razılaşmadan niyə çıxdı? - Zaxarova

ABŞ Açıq Səma Razılaşmasına üzv olan Avropa nümayəndələrindən Rusiya ərazisi üzərində monitorinq məlumatlarını paylaşmağı tələb edib.

 Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ölkəsinin razılaşmadan çıxmaq barədə qərarını şərh edərkən deyib.

 "Müxtəlif mənbələrdən aldığımız məlumata görə, Vaşinqton Avropa müttəfiqləri ilə təmaslar əsnasında onlardan aparılan monitorinqlər barədə məlumat tələb edib. Rusiya ABŞ-ın razılaşmanı kobud şəkildə pozmasına baxmayaraq, buna əməl etdi və razılaşmanın xilası üçün hər cür səy göstərdi", - Zaxarova söyləyib.

 Qeyd edək ki, bu gün Rusiya hakimiyyəti Açıq Səma Razılaşmasından çıxmaq haqqında qərar qəbul edib. Daha öncə isə ABŞ sözügedən razılaşmanı tərk etmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə