ABŞ və müttəfiqləri Yaxın Şərqdə(Qərbi Asiyada) qab-qacaq dükanına girmiş fil kimi davranırlar.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə, onlara müəyyən ideologiyaların yeridilməsi yolverilməzdir:
“Lakin təəssüf ki, ABŞ və müttəfiqləri qab-qacaq dükanına girmiş fili xatırladır. İraq, Liviya və Suriyada yaşanan prosesləri hər birimiz görürük. Bunların regiondakı ölkələr və xalqlar üçün ağır nəticələri olur”.