Cümə, 15 Yanvar 2021 13:09

Ermənilər Xankəndini tərk edir

Ermənilər Xankəndini tərk edir

Xankəndidə yaşayan ermənilər yaşadıqları evləri ucuz qiymətə sataraq regionu tərk edirlər.

 Modern.az xəbər verir ki, bu barədə Ermənistanın əmlak satışı saytlarında bir çox elan yerləşdirilib.

 Məsələn, Xankəndidə yerləşən ikimərtəbəli ev, qaraj və meyvə ağacları olan həyətyanı sahə ilə birlikdə cəmi 30 min ABŞ dollarına Arsen adlı şəxs tərəfindən satışa çıxarılıb. 190 kvadrat metr ərazidə yerləşən ev səkkiz otaqlıdır.

Şərh yaz


Məxfi kod
Yenilə