Cümə axşamı, 14 Yanvar 2021 21:19

Lavrov: “ABŞ İranla ərəblər arasında münasibətlərə mane olur”

Lavrov: “ABŞ İranla ərəblər arasında münasibətlərə mane olur”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı İran və ərəb ölkələri arasındakı danışıqlara maneə törətdiyinə görə tənqid edib.

Farsnews  xəbər ki, Lavrov bir mətbuat konfransında Vaşinqtonun İranla Körfəz ölkələri arasında danışıqlara mane olmaq üçün mümkün olan bütün tədbirləri gördüyünü söyləyib: “İranla ərəb ölkələri (Fars körfəzi) arasında normal dialoq qurmaq, etimad qurmaq barədə razılaşmalar əldə etmək, hərbi işlərdə şəffaflıq və işbirliyinin ümumi inkişafı ilə maraqlanırıq.

 Təəssüf ki, amerikalı həmkarlarımız bu günə qədər - ən azından indiki adminstrasiya - bu danışıqların baş tutmaması üçün hər cür səy göstərdi”.

 Rusiyanın XİN rəhbəri Moskvanın Fars körfəzində təhlükəsizlik strategiyası hazırlamaq planının məqsədinin İranla ərəb ölkələri arasında danışıqları genişləndirmək olduğunu bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə