Cümə axşamı, 26 Noyabr 2020 22:52

Lavrov: "Dünya kiberfəlakətə sürüklənir"

Lavrov: "Dünya kiberfəlakətə sürüklənir"

İnformasiya təhlükəsizliyi sektorunda universal razılaşmalar olmasa, dünya kiberfəlakətə doğru sürüklənəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, beynəlxalq informasiya təhlükəsizliyi hazırda gündəmdə olan məsələlərdən biridir:

“Liviyadakı son hadisələr bu problemlə bağlı əməkdaşlığa olan tələbatı göstərir. Bütün dünya ölkələri istinasız olaraq bu sahədə əməkdaşlıq etməlidir. Universal razılaşmalar olmadan dünya kiberfəlakətə sürüklənmək riski ilə üzləşəcək”.

Şərh yaz


Məxfi kod
Yenilə