Şənbə, 01 Avqust 2020 17:46

Özbəkistanda respublika başçısı vəfat edib

Özbəkistanda respublika başçısı vəfat edib

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının başçısı, ölkənin Ali Məclisinin Senatının sədr müavini Musa Erniyazov koronavirusdan vəfat edib.

Bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi (UzA) məlumat yayıb.

 Qeyd edək ki, Erniyazovun koronavirusa yoluxması barədə ilk məlumat iyulun 18-də yayılmışdı. Həmin vaxt onun səhhətinin normal olduğu bildirilmişdi. Daha sonra 73 yaşlı vitse-spikerin səhhəti ağırlaşdığı üçün süni nəfəs aparatına qoşulmuşdu.

Şərh yaz


Məxfi kod
Yenilə