Bazar, 24 Mart 2019 11:59

Müxalifətdən Poroşenkoya sərt ittiham: Üzr istə

Müxalifətdən Poroşenkoya sərt ittiham: Üzr istə

Ukraynanın “Həyat üçün müxalif platforma” Partiyasının deputatları ölkə başçısı Pyotr Poroşenkoya müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətdə Poroşenkonun 5 il ərzində üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmədiyi qeyd edilib. Dövlət başçısı həmçinin kommunal xidmətlər üçün tariflərin artırılması, səhiyyə və təhsil sisteminin dağılması, iş yerlərinin məhv edilməsi və insanların ölkədən qaçmasına səbəb olmaqda ittiham edilib.

“Bu vəziyyətdə Pyotr Poroşenkonun rəhbərlik etdiyi hökumətin edəcək bir şeyi qalır – məğlub olmaq və 5 il ərzindəki kədər, yoxsulluq və əzablara görə insanlar qarşısında dizi üstə tövbə etmək”, - müraciət mətnində bildirilib.

Şərh yaz


Məxfi kod
Yenilə